Qardaş öz qardaşını bıçaqladı

Qardaş öz qardaşını bıçaqladı
22:21 21 Oktyabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə qardaş öz qardaşı tərəfindən bıçaqlanıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Anar Paşayev ayaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Xəstəxanada yaralıya dərhal tibbi yardım göstərilib və vəziyyəti orta ağırdır.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Anar Paşayev aralarında yaranan şəxsi münasibətlər zəminində qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oktyabr ayının 2-də də Şəmkir rayonunda bıçaqlanma baş vermişdi. Şəhərin Xəqani İbrahimli küçəsində qeydə alınan hadisə zamanı, 1973-cü il təvllüdlü Teymur Yunus oğlu Niftəliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilmişdi.

Araşdırmalar zamanı onu bıçaqlayan şəxsin qardaşı Seymur Yunus oğlu Niftəliyev olduğu müəyyən edilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=362833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR