"Benfika" "Qalatasaray"ı biabır etdi: 11:1! - FOTO

"Benfika" "Qalatasaray"ı biabır etdi: 11:1! - FOTO
23:32 21 Oktyabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Qalatasaray"ın U-19 komandası ağır məğlubiyyətə uğrayıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, UEFA Gənclər Liqasında çıxış edən "sarı-qırmızılar" İstanbulda "Benfika"lı həmyaşıdlarını qəbul edib. 

Qarşılaşma Portuqaliya təmsilçisinin böyükhesablı qələbəsiylə yekunlaşıb. Daha doğrusu futbol tarixində nadir hallarda rastlanan hesab qeydə alınıb - 1:11! Meydan sahibləri 16-cı dəqiqədə Volkanın penalti zərbəsiylə hesabı açarkən onları daha sonra nə gözlədiyindən xəbərsiz idilər.

Fasiləyə qədər 4 qol vuran qonaqlar daha sonra 7 dəfə fərqləniblər."Benfika"nın qollarını Dioqo Qonçalves (3), Xose Qomes (3), Joao Karvalyo (2), Renato Sançes, Hildeberto Pereyra ve Fransisko vurublar.

Bu nəticədən sonra 3 oyundan 9 xal toplayan "Benfika" qrupun lideridi. "Astana"nı 7:1 məğlub edən "Atletiko" 6 xalla 2-ci pillədə, 3 xallı "Qalatasaray" isə 3-cü sırada yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/377110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR