Türkiyədə polis idarəsi qarşısında avtomobil partladıldı

Türkiyədə polis idarəsi qarşısında avtomobil partladıldı
02:49 22 Oktyabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Hakkari vilayətinin Şəmdinli şəhərində PKK terrorçuları tərəfindən polis idarəsi qarşısında avtomobil partladılıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

 

İnsident şəhərin mərkəzində, yerli vaxtla saat 20.00 radələrində qeydə alınıb. Partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri qırılıb.

 

Hücumdan sonra Şəmdinlidə  təxminən yarım saat ərzində atəş səsləri eşidilib. Şəhərin mərkəzi və ətrafında geniş miqyaslı əməliyyat başlayıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/218767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR