Seçki məntəqələrindəki veb-kameralar hazırdır (VİDEO)

Seçki məntəqələrindəki veb-kameralar hazırdır (VİDEO)
04:21 22 Oktyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Seçki məntəqələrində veb-kameraların quraşdırılması üzrə texniki işlər başa çatıb.

ANS TV-nin məlumatına görə, ölkə üzrə 1000 ədəd bu cür nəzarət kamerası quraşdırılıb. Məntəqələr həmçinin etibarlı telefon rabitə əlaqəsi ilə təmin edilib.

Ötən gün rabitə və yüksək texnologiyalar nazir Əli Abbasov Mərkəzi Seçki Komissiyasında nəzarət kameralarına baxış keçiriblər.

Rabitə və yüksək texnologiyalar naziri seçki prosesi zamanı ola biləcək kiber hücumların qarşısının necə alınması ilə bağlı sualı cavablandırıb:

“Ümumiyyətlə kiber hücumlardan qorunmaq, eləcə də informasiya təhlükəsizliyini həyata keçirmək üçün lazımi bütün tədbirlər görülüb. Artıq bu istiqəmətdə çox böyük təcrübə toplamışıq. Hazırda gücləndirilmiş müdafiə sistemi tətiq olunubdur. Əgər Mərkəzi Seçki Komissiyasının veb-kameralar sisteminə müdaxilə olsa, o zaman onlar dərhal dəf olunacaqdır”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=362856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR