"Heydər əl-Abadinin sözləri ABŞ-a "iztirab" verir"

"Heydər əl-Abadinin sözləri ABŞ-a "iztirab" verir"
09:52 22 Oktyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda İraqda səfərdə olan amerikalı general Cozef Danford yerli hakimiyyət qarşısına ultimatum qoyub: onlar "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə ya ABŞ-ın dəstəyini istəməli, ya da Rusiyanın müdaxiləsini xahiş etməlidirlər.

"Report" "CBS News"a istinadən xəbər verir ki, bu barədə general onunla səfər edən jurnalistlərə açıqlamasında bildirib.

Hərbçinin sözlərinə görə, İraqın baş naziri Heydər əl-Abadinin "Rusiyanın İraqa havadan zərbələr endirməsini alqışlayardı" deməsi, ABŞ-a "iztirab" verib. Onun sözlərinə görə, ABŞ hazırda İraq kontekstində Rusiya ilə münasibət qura bilməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/377128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR