BAMF sədri indoneziyalı qonaqlarla görüşüb

BAMF sədri indoneziyalı qonaqlarla görüşüb
10:34 22 Oktyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Bakıda səfərdə olan İndoneziyanın  İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis, onu müşayət edən Milli komissiyanın yüksək mütəxəssisi Elfansuri Xeyrah və “Jakarta Post” qəzetinin jurnalisti Viramalla Ancayah ilə görüşüb.

 

BAMF-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BAMF-ın ofisində keçirilən görüşdə Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb. Umud Mirzəyev vurğulayıb ki, bu təşkilatlar təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymur və bu da böyük bir ədalətsizliyə rəvac verir. Söz sahibi olan qurumların belə qərəzli mövqeyi isə Azərbaycanı münaqişənin həllində ən son varianta-hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir.

Umud Mirzəyev, Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanda, o cümlədən bütün regionda demokratiyanın inkişafına vurduğu ziyana da diqqəti yönəldib: “Qarabağ münaqişəsi həll olunsaydı, indi müzakirə predmetində olan problemlərin bir çoxu, ümumiyyətlə, mövcud olmayacaqdı. Çünki həmin problemlər məhz hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanır”.

İndoneziya nümayəndə heyətinin rəhbəri Nur Xolis isə deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.

 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/218784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR