17 yaşlı oğlanlar barədə yeni qərar verildi

17 yaşlı oğlanlar barədə yeni qərar verildi
09:51 22 Oktyabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 17 yaşlı oğlanlar xüsusi hərbi hazırlığa cəlb olunacaqlar.

Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası” təsdiq edilib.

Həmin qaydalara əsasən hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişilər, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən yararlı çağırışçılar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunacaqlar.

Qaydada qeyd olunur ki, hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=362888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR