“İncəsənət fotoqrafların gözü ilə” adlı sərgi açılacaq

“İncəsənət fotoqrafların gözü ilə” adlı sərgi açılacaq
11:28 22 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də “bp” neft şirkətinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “İncəsənət fotoqrafların gözü ilə” adlı sərgi açılacaq.
Muzeyindən AZƏRTAC-a bildirilib ki, layihədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqrafların da fotoları nümayiş olunacaq. Artıq şirkətin ikinci dəfədir ki, həyata keçirdiyi sərgidə, həmçinin müsabiqənin nəticələrinə görə qaliblərə mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, “bp” neft şirkəti Azərbaycandakı fəaliyyəti dövründə muzeylərdə “Açıq qapı” günləri, foto müsabiqələr, yaradıcı insanlarla görüşlərin və bir çox mədəni tədbirlərin keçirilməsində fəal iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Incesenet_fotoqraflarin_gozu_ile_adli_sergi_achilacaq-894910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR