Dilçilik İnstitutu: Bütün işlərdə nöqsanlar ola bilər, məsələni bu qədər qabartmaq düzgün deyil

13:12 22 Oktyabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, Azərbaycan dili və Azərbaycan ədəbi dili anlayışı fərqlidir: "Azərbaycan dilinə həm ədəbi dil, həm də dialekt və şivələr daxildir. Orfoqrafiya lüğətinə Azərbaycan dilinə xas olan bütün sözlər daxil olur. Lüğət nə qədər çox sözü əhətə etsə o qədər dəyərlidir. Hər kəs ona lazım olan sözü orfoqrafiya lüğətində tapmalıdır".
Şöbə müdirinin sözlərinə görə, orfoqrafiya lüğətində çatışmazlıqların olması təbii haldır: "Çünki dilə daimi yeni sözlər daxil olur. Bütün işlərdə nöqsanlar gözə çarpa bilər, məsələni bu qədər qabartmaq düzgün deyil".
T.Quliyev qeyd edib ki, dialekt və şivələrin orfoqrafiya lüğətinə düşməyinə təbii baxmaq lazımdır: "Çünki dialekt və şivələr Azərbaycan dilinin terminologiyasının yaranmasında baza rolunu oynayan bir mənbədir. Nitqimizdə, yazılarımızda, bədii əsərlərdə dialekt və şivələrə müraciət edilir".
Onun fikrincə, orfoqrafiya lüğətinə ümumişlək olan dialekt sözlər salınmalıdır, bu mütləqdir.
Şöbə müdiri xatırladıb ki, Dilçilik İnstitutunda "Orfoqrafiya komissiyası" yaradılıb: "Komissiya lüğətlə bağlı verilən təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün əlindən gələni edəcək. Bəzi adamlar deyirlər ki, orfoqrafiya lüğəti "ab" sözü ilə başlanmamalıdır. Bu absurt və qeyri-peşəkar sözdü. Həmin söz bizim dilimizdə var və işlənir. Rus dilində "a" ilə başlayan söz yoxdur, yəni rus lüğətində onlar göstərilməməlidir?!".
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin sədri Afaq Məsud Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşrini istifadəyə yararsız hesab edib. O bildirib ki, rəsmi yazışmalarda, dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və dublyaj və s. mətnlərinin tərtibində, həmçinin geniş xalq kütləsinin hər sahədə istinad və istifadə etdiyi, yararlandığı bu kitab, Azərbaycan dilinə, leksik mədəniyyətinə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur: "Kitabın digər bəlası nə ədəbi dildə, nə də şifahi danışıq dilində işlədilən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Biz "orfoqrafiya lüğəti" deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir"
Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 6-cı nəşrini Dilçilik İnstitutu hazırlayıb. Lüğətə 110 min 563 söz daxil edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/dilcilik-i-nstitutu-butun-islerde-noqsanlar-ola-biler-meseleni-bu-qeder-qabartmaq-duzgun-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR