"Bahar Muradova bu siyasətin önündə gedir" (FOTO)

"Bahar Muradova bu siyasətin önündə gedir" (FOTO)
13:33 22 Oktyabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Əhmədbəyli kəndində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.

Görüşdə iştirak edən 300-dən artıq seçici Bahar Muradovanı böyük sevinc və rəğbət hissi ilə qarşıladılar. Tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edən YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova, namizədin həyat və fəaliyyəti barədə geniş məlumat vermiş və vəkilləri toplantı iştirakçılarına təqdim etmişdir.

Çıxış edən Əməkdar jurnalist, yazıçı-publisist, Prezident və Qızıl qələm mükafatçısı Flora Xəlilzadə Bahar Muradovanın yüksək siyasi bacarığına inanaraq Füzuli seçicilərini növbəti 5 ildə də Bahar xanımı seçəcəklərini və Bahar Muradovanın rayonun inkişafında daha da əvəzsiz xidmətlərini əsirgəməyəcəyini şübhəsiz olaraq bildirdi. İqtisad Universitetinin müəlliməsi, iqtisadçı alim, İqtisad elmləri üzrə fəlsəfə doktoru, YAP Səbail rayon Qadınlar
Şurasının sədri Təranə Kərimova çıxış edərək Heydər Əliyevin ideyalarının getdikcə daha geniş təşəkkül tapdığı Azərbaycan dünya miqyasında öz sözü və yeri olan bir ölkəyə çevrilmiş və xalqımızın xoşbəxt gələcəyinin təminatına güclü zəmin yarandığını bildirmişdir. Bu mənada ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-nın siyasi kursunun alternativi yoxdur deyən Təranə Kərimova Bahar Muradovanı bu siyasətin önündə gedən ictimai-siyasi xadim kimi dəyərlənmişdir. Tibb Universitetinin elmi - tədqiqat mərkəzinin direktoru, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının üzvü Qalib Qarayev hər kəsi YAP-nın sıralarında daha güclü
birləşməyə, sosial-iqtisadi inkişafın daha da güclənməsinə doğru gedən yolda bir olmağa və YAP-nın namizədlərinə səs verməyə çağırdı.

Kənd sakinlərindən Yusif Hüseynov, Bəşir Əliyev, Yunis Quliyev, Mirqail Həmidov, Yaşar Quliyev, şəhid ailəsinin üzvü Xədicə Quliyeva, kənd müəllimləri Binnət Hüseynov və Qəmilə Qənbərova Bahar Muradovanın millət vəkili olduğu illər ərzində rayonda gedən sosial inkişafdan söz açaraq, daima onların problemlərinin həlli istiqamətində onlara göstərdiyi köməkliyə görə təşəkkürlərini bildirdilər və növbəti illərdə də Bahar Muradovanı Millət vəkili kimi görməyi arzu etdilər. Çıxış edən sakinlər hər zaman YAP-na inandıqlarını və daima onları çiçəklənməyə doğru aparan bu yolda cənab prezident İlham Əliyevlə birgə addımlayacaqlarını söyləyərək hər kəsi seçkilərdə fəal olmağa və YAP-nın namizədlərinə səs verməyə dəvət etdilər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2447037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR