Azərbaycandan bir nömrəli model seçildi - FOTO

Azərbaycandan bir nömrəli model seçildi - FOTO
12:47 22 Oktyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur gənc oğlan modellər arasında gözəllik müsabiqəsi olan "Mister Global Teen" yarışmasının Azərbaycan təmsilçisi məlum oldu.

Bu haqda məlumatı Milli.Az-a World Beauty Congress-in Qafqaz ölkələri üzrə kordinatoru Aqil Məmiyev verdi. Təşkilatçı açıqlamasına bildirdi ki, kastinqin nəticələrinə görə, Azərbaycan üzrə təşkilat komitəsinin birgə rəyinə əsasən, Böyükağa Mehdizadə seçildi.Təmsilçimiz gələn ilin əvvəlində yarışda iştirak etmək üçün Tailandın paytaxtı Manilaya yola düşəcək.

Artıq təmsilçimiz yarış üçün hazırlıqlara  başlayıb. Model "High Life Fashion & Model Academy"də model və aktyor dərsləri alır.

Təmsilçimiz Böyükağa Mehdizadənin boyu 187 sm-dır. Böyükağa Azərbaycan Dövlət İqtisad Universitetinin  2-ci kurs tələbəsidir.

Bu gündən "Mister Global Teen 2015" titulunun sahibi Böyükağa Mehdizadədir.

Xatırladaq ki, yarışın beynəlxalq direktoru "World Beauty Congress"in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/377204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR