ETSN: Kür və Araz çaylarında biogen maddələrin miqdarı normanı keçib

ETSN: Kür və Araz çaylarında biogen maddələrin miqdarı normanı keçib
13:53 22 Oktyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 oktyabr, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının ikinci ongünlüyü üçün aparılan monitorinqın nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqin nəticələrinə görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,7, Ağstafaçayda 4,4, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 3,1, Birinci Şahsevəndə 2,7, Bəhramtəpədə isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ETSN_Kur_ve_Araz_chaylarinda_biogen_maddelerin_miqdari_normani_kechib-894946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR