Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir oyun idarə edib. Fanat.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi briqada UEFA Gənclər Liqasının "Saburtalo" (Gürcüstan) - "Midilyand" (Danimarka) oyununda ədaləti qoruyub.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda 3:1 hesablı qələbə qazanan Danimarka klubu mərhələ adlayıb.
Əliyar Ağayev "Midilyand"ın bir üzvünə qırmızı vərəqə göstərib. Belə ki, referi 57-88-ci dəqəqələrdə sarı vərəqə göstərdiyi Rasmus Nissenin meydandan kənarlaşdırıb. Bu fxutbolçu 39-cu dəqiqədə komandasının ilk qoluna imza atıb. Həsənov Gürcüstan klubundan iki fxutbolçunı sarı vərəqə ilə cəzalandırıb.
Fanat.az