Bakıda 19 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Məşədi Kazımov küçəsi 30 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Minə Musayeva hamam otağında qazdan zəhərlənib. 19 yaşlı qız meyiti evin həyətindəki hamamda tapılıb və dərhal hüquq-mühafizə orqanlarını müraciət edilib.
Oxşar hadisə Salyan şəhərində də baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən saat 21.30 radələrində şəhərin Ənnağı Hüseynov küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Sevanə İdris qızı Nəbiyeva hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.