Rusiyada azərbaycanlıya 14 il cəza verildi

Rusiyada azərbaycanlıya 14 il cəza verildi
11:31 29 Dekabr 2014
71 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyada 25 yaşlı azərbaycanlı həbs edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Permdə taksi sürücüsünün qətlində ittiham edilən azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə 25 yaşlı Vüsal Məmmədova hökm oxuyub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı cəzasını ağır rejimli kolonyada çəkəcək. Bundan əlavə o 30 min rubl cərimə edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin avqust ayında baş verib. Avqustun 13-də axşam saat 22 radələrində Pionersk küçəsindəki yaşayış binasının yaxınlığında taksi sürücüsü ilə Azərbaycan vətəndaşı arasında məişət zəminində mübahisə düşüb. Mübahisə zamanı Məmmədov kustar üsulla hazırlanmış silahdan 5 dəfə atəş açıb.

Nəticədə sürücü başından və çiynindən güllə yarası alıb. V.Məmmədov dərhal hadisə yerindən qaçıb. Sürücü isə bir necə gündən sonra yerləşdirildiyi xəstəxanada ölüb.

Şübhəli şəxs axtarışa verilib. Onu bu ilin oktyabr ayında saxlamaq mümkün olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR