Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb.
Şəhər sakini, 1957-ci il təvəllüdlü Həsənov Şahin Layiq oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1956-cı il təvəllüdlü İbrahimova Svetlana Emin qızını vurub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini normal qiymətləndirilər.
Faktla bağlı araşdırma aparılır.