Bakı. Fuad Cəfərov -APA. Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Qız Qalasında baş verib.
Naməlum kişi Qız Qalasından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.