Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 70 yeni peşə standartının layihələri hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 70 yeni peşə standartının layihələri hazırlanıb
11:43 29 Dekabr 2014
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankı “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, bu il daha 70 yeni peşə standartının layihələri hazırlanıb. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tkinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir. Peşə standartları əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılmasına, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilinə xidmət edir.

Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək peşə standartının hazırlanması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR