Göbbelsə rəhmət oxudan erməni

Göbbelsə rəhmət oxudan erməni
11:46 29 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

Düz bir il qabaq hansısa erməni ailəsi ilə birlikdə öz ölkəsindən Azərbaycana qaçmışdı. Əvvəlcə, rəsmi İrəvan bu məlumatı təkzib elədi, sonra isə bildirdi ki, bu adam cinayətkardır, ona qarşı cinayət işi qaldırıblar və buna görə də o qaçıb.

Bir ay qabaq isə cinayətkar erməni ailəsi ilə birlikdə vətəninə qayıdıb. Erməni tərəfi indi başqa cür oxumağa başlayıb. Televiziya, radio, qəzetlər durmadan bəyan etməyə başlayıb ki, bəs, bədbəxt qaçqın Azərbaycanda ailəsi ilə birlikdə çox əziyyətlər çəkib. Bir sıra rəhbərlər və nazirliklər hətta bildiriblər ki, onlar bu ailəyə hər cür yardım edəcəklər. Məsələn, onu pulsuz müalicə edəcəklər. Nədən müalicə edəcəklərini isə deməyiblər.

Bu əhvalatın ən maraqlı tərəfi odur ki, onlar həmin adamın cinayətkar olduğunu və həbsxanaya salınmalı olduğunu birdəfəlik unudublar.

Bütün bunları xatırlatmağımız səbəbsiz deyil. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, qoşunların təmas xəttində Ermənistan ordusu diversiya cəhdi edib. Ancaq Azərbaycan ordusunun uğurlu fəaliyyəti nəticəsində bu əməliyyatın qarşısı alınıb. Ermənistan tərəfində ölənlər və yaralananlar oldu, həmçinin Arsen Baqdasaryan əsir götürüldü.

Erməni tərəfi əvvəlcə həmişə olduğu kimi hər şeyi təkzib etməyə başladı. Ancaq bir az sonra bu ölkənin müdafiə nazirliyi bəyan etdi ki, keçmiş muzdlu əsgər əsir düşməyib, özü Azərbaycana qaçıb. Amma bu keçmiş muzdlunun qoşunların təmas xəttində nə işi olmasını açıqlamadılar. Sonrakı açıqlamalar əvvəlkilərə tamamilə uyğun gəlmədi – iddia etdilər ki, cavan oğlan özbaşına hərbi hissəni tərk edib, buna görə də komandanlığın qərarı ilə müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb, amma hansı vəzifədən uzaqlaşdırıldığı açıqlanmayıb.

Yəqin ki, bu hərbi sirdir. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bu həftə Arsen Baqdasaryanın məhkəməsi olmalıydı, ona görə də, tələsik qaçıb.

Nə deyəsən? Görünür, Göbbels təbliğatının şöhrəti ermənilərə rahatlıq vermir və ona çatmaq istəyirlər. Amma etiraf edək ki, bu məsələdə onlar faşistləri çoxdan geridə qoyublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR