11 oyunçu da qapıya keçdi (VİDEO)

11 oyunçu da qapıya keçdi (VİDEO)
11:51 29 Dekabr 2014
73 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliya liqasında maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Yeni İl ərəfəsində qarşılaşan "Central Coast" və "Brisbane Roar" arasında gərgin mübarizə baş tutub.

Oyunun qızğın bir vaxtı hakim cərimə meydançasının içərisində sərbəst vuruş qərarı verib. Bu qərar isə oyunda maraqlı görüntülərin yaranmasına səbəb olub.

Qol buraxmamaq üçün bütün komanda qapının qarşısında ətdən divar hörüblər. Rəqib komandanın futbolçularının yaxın məsafədən zərbə endirməsinə baxmayaraq top qapıya daxil olmayıb.

Tamaşaçıların şahid olduğu bu gərgin mübarizə 3:3 hesabı ilə başa çatıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR