"Air Asia" laynerinin axtarış zonasında şübhəli obyekt aşkar olunub

"Air Asia" laynerinin axtarış zonasında şübhəli obyekt aşkar olunub
12:08 29 Dekabr 2014
94 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

“Air Asia Indonesia” aviaşirkətinin dünən radarlardan itmiş təyyarəsinin düşdüyü yerdə axtarış aparan Avstraliyanın “AP-3C Orion” təyyarəsi şübhəli obyekt və ya obyektlər aşkar edib. Hazırda indoneziyalı hərbçilər bu məlumatları yoxlayırlar. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İndoneziya aviasiyasının kiçik marşalı Aqus Dvi Putranto bildirib.

Hərbçi deyib: "Orion təyyarəsi indicə nəsə aşkar edib, lakin hələlik bunun məhz nə olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Hazırda təyyarələr tapıntı yerinə gedirlər”.

Onun sözlərinə görə, şübhəli obyekt Kalimantan adasının cənub-qərbindəki Pankalanbuun şəhərindən yüz millik məsafədə, yəni laynerin radarlardan itdiyi yerdən təxminən 700 mil aralıda yerləşir.

Xatırladaq ki, dünən aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib. Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2348547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR