Kanadanın iki təyyarəsi məcburi eniş etməyə məcbur olub

Kanadanın iki təyyarəsi məcburi eniş etməyə məcbur olub
12:08 29 Dekabr 2014
93 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Kanadanın “Porter Airlines” aviaşirkətinin iki təyyarəsi salonlardakı tüstülənmə səbəbindən məcburi eniş etməyə məcbur olub. Trend xəbər verir ki, bu barədə İnterfaks Kanada KİV-ə istinadən məlumat yayıb.

Bazar günü səhər Torontodan Vaşinqtona yola düşən birinci təyyarə pilot kabinəsində və salonda tüstü görünəndə Amerikanın Uilyamsport şəhərində yerə enib. Eniş uğurla həyata keçirilib, xəsarət alan olmayıb. Sərnişinlər Vaşinqtona başqa təyyarə ilə çatdırılıblar.

Elə həmin gün axşam Torontodan Qreyter-Sadberi şəhərinə uçan təyyarə salonda tüstü yaranması səbəbindən geri qayıtmalı olub.

Hazırda mütəxəssislər hər iki hadisənin səbəblərini müəyyən etməyə çalışırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR