Bayramda təcili yardım və polislər ayağa qalxacaq

Bayramda təcili yardım və polislər ayağa qalxacaq
12:16 29 Dekabr 2014
85 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il ərəfəsində ictimai asayiş və insanların sağlamlığına cavabdeh olan bir sıra dövlət strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında 140 təcili tibbi yardım maşını və 140 həkim briqadası iş başında olacaq. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, bayram günləri qeyri-iş günləri olduğu üçün təcili yardıma həkimə müraciət edənlərin sayı artır.

“Adi günlərdə 1600-1700 çağırış olursa, bayram günlərində müraciətlərin 2000-nə çatacağı ehtimal edilir. Artıq indidən çağırışların sayı artıb”. – deyə Zemfira Vahidova bildirib.

Həkim deyir ki, bayram günlərində zəhərlənmə hallarından sığortalanmaq üçün şəhər əhlinə boyat yeməklərdən, salatlardan istifadə etməməyi tövsiyə edir. Çünkü zəhərlənmə halları ən çox məhz bu qidalardan yaranır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar paytaxt polisi də yanvarın 3-dək gücləndirilmiş iş rejimində işləyəcək. Polis əməkdaşları əhalinin sıx olduğu ərazilərdə, o cümlədən metrolarda, şadlıq evlərində təhlükəsizliyi təmin edəcəklər. Bayram günlərində paytaxtın prospekt və magistral yollarında təhlükəsizliyə isə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cavabdehlik daşıyacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR