Azərbaycanın elm adamları öz elmi nəticələrini və elmi məhsullarını xarici ölkələrdə sərbəst sata biləcəklər

12:17 29 Dekabr 2014
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:14 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda elmlə məşğul olanlar elmi fəaliyyətdə əldə etdiyi elmi nəticələrini və elmi məhsullarını ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirə biləcəklər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni hazırlanmış “Elm haqqında” qanunun 46-cı maddəsində müddəa əksini tapıb.

 

Maddənin 2-ci bəndinə görə, “elmi fəaliyyətin subyektləri elmi nəticələrin və elmi məhsulların (strateji təyinatlı elmi məhsullar istisna olmaqla) ölkə daxilində və ölkə xaricində bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir”.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR