Vurğun Əyyub: “Əllərində fakt varsa, açıqlasınlar”

Vurğun Əyyub: “Əllərində fakt varsa, açıqlasınlar”
12:19 29 Dekabr 2014
85 Ölkə
Ölkə mətbuatı
A- A+

“Müsavatçıları hakimiyyətə işləməkdə ittiham etmək yanlışdır”.


 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiyanın sabiq başqanı İsa Qəmbərin fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, İ. Qəmbər Müsavat Məclisinin toplantısında partiyada növbədənkənar qurultay tələb edənləri hakimiyyətlə əməkdaşlıqda ittiham edib. V. Əyyub isə bu ittihamla razılaşmayıb: “Əgər doğrudan da, əllərində belə bir fakt varsa, onu ictimaiyyətə açıqlamalıdırlar. Əks halda, böhtançı adını qazanacaqlar”.

 

V. Əyyub onun Məclis üzvlüyündən kənarlaşdırılması ilə bağlı başqan Arif Hacılı tərəfindən məsələ qaldırılmasına da münasibət bildirib. O, bir daha bəyan edib ki, partiyada heç bir orqan legitim deyil: “Onların nə qərar verməsi məni maraqlandırmır. Adamı olduğu yerdən çıxarırlar. Mən özümü Məclis üzvü hesab etmirəm və Məclis qeyri-legitimdir. Mən təklif edirəm ki, əvvəlcə Müsavat Məclisinin legitimləşməsi istiqamətində addımlar atılsın. Əgər hesab edirlərsə legitimdirlər, onlara uğurlar arzu edirəm”.

 

V. Əyyub qeyd edib ki, onun Nizamnaməyə zidd addım atması barədə ittihamlar absurddur: “Hər bir partiya üzvünün istənilən qərarla bağlı narazılığını bildirmək hüququ var və biz də bu hüquqlarımızdan istifadə edirik”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR