İtaliya, Almaniya və Niderlandda H5N8 virusu aşkarlanıb

12:27 29 Dekabr 2014
55 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:21 ]

Bakı. Anaxanım Hidayətova – APA. İtaliya, Almaniya və Niderlandda H5N8 virusu (“quş qripi”) aşkarlanıb.

 

APA-nın Ümumdünya Səhiyyə Təşkilatına istinadən verdiyi məlumata görə, virusun yayılma halları quşçuluq fermalarında qeydə alınıb.

 

“Quş qripi”nin yüksək patogen xüsusiyyətinə malik H5N8 virusu bundan öncə Cənubi Koreya və Yaponiyada aşkar edilib. ABŞ-da isə ötən həftə virus çöl quşunda tapılıb.

 

Hələlik virusun insanlar arasında yayılma halları müşahidə olunmayıb. Bununla belə müvafiq dövlət strukturları lazımi tədbirlər görürlər. Çünki “quş qripi”nin bəzi növləri insanlara keçə bilər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR