Gəncə şəhər sakini yol polisi əməkdaşını döyərək paqonunu cırıblar.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Nizami rayonu ərazisində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Yol Patrul Xidməti inspektor 1985-ci il təvəllüdlü polis serjantı Mürşid Abdiyev xidmət zamanı hücuma məruz qalıb.
O, bildirib ki, xidməti zamanı naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Onu hücum edən şəxs polisi təhqir edib. Üstəlik ona zor da tətbiq edib. Həmin şəxs əli ilə polis əməkdaşının sifətinə vurub, xidməti gödəkcəsinin paqonlarını qoparıb.
Həmçinin bildirilib ki, polisi vuran şəxs sərxoş olub. Hazırda hadisəni törədən şəxsin kimliyi araşdırılır.