Astarada ər arvadını boğaraq öldürüb

12:37 29 Dekabr 2014
58 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:35 ]

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara rayonunda qətl hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanı boğaraq öldürüb.  Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törətmiş İ.Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. A.Nurullayevanın meyiti isə  müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə aparılıb.

 

İlkin versiya kimi qətl hadisəsinin qısqanclıq zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR