8 yaşlı uşaq dostu üçün 1 milyon topladı

8 yaşlı uşaq dostu üçün 1 milyon topladı
12:46 29 Dekabr 2014
78 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-da 8 yaşlı uşaq dostu üçün 1 milyon dollar toplayıb. ANS PRESS-in məlumatına görə, 8 yaşlı Dylan 6 yaşında nadir xəstəliyə yoluxan dostuna kömək etmək istəyib.

Los Ancelesdə yaşayan Dylan Siegel adlı uşaq Conah Pournazarianın müalicəsi üçün kampaniyaya başladıb. GSD sindromundan əziyyət çəkən Conah bu pul sayəsində müalicəyə başlaya bilib.

Dylan dostuna kömək üçün kitab yazıb. "Şokolad barı" adlanan kitab cəmi 14 səhifədən ibarətdir. Kitab internetdə ən çox satılanlar siyahısına belə düşə bilib. Bundan sonra 8 yaşlı məktəblini imza günləri və məktəblərdə görüşlərə çağrılmağa başlayıblar.

İki dost hətta canlı yayıma belə çıxıblar. 20 dollardan satılan kitabın müəllifinə dünyanın 60-dan çox ölkəsidən dəstək məktubları gəlməyə başlayıb.

Dylanın anası oğlu ilə qürur duyduğunu deyib. "Conahın xəstəliyini ilk dəfə eşidəndə ona kömək etmək istədi. Biz ona limonad satmağı məsləhət gördük. Amma o kitab yazdı".


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR