Bu gün səhər saatlarında Bakının Səbail rayonunda Qız qalasından özünü atan şəxsin kimliyi məlum olub.
Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, özünü Qız qalasından atan şəxs 1961-ci il təvəllüdlü Şiraslan Məhəmməd oğlu Rəhimovdur.
Lakin hələlik onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Qeyd edək ki, ötən ayın 24-də Qız qalasında eyni hadisə baş vermişdi.
31 yaşlı Yuri Prişayev özünü Qız qalasından ataraq həyatına son qoyçuşdu. İntihar ilə əlaqədar həmin günə planlaşdırlan lazer şousu da təxirə salınmışdı.