Türkiyə Mülki Aviasiya İdarəsinə yeni rəhbər təyin edilib

Türkiyə Mülki Aviasiya İdarəsinə yeni rəhbər təyin edilib
13:03 29 Dekabr 2014
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Mülki Aviasiya İdarəsinə yeni rəhbər təyin edilib. Bu barədə Trend bazar ertəsi "Haber7" telekanalına istinadən xəbər verir.

İdarənin yeni rəhbəri əvvəllər Türkiyə Hüquqşünaslar Assosiasiyasının prezidenti olmuş Vacit Oktemdir.

Bir müddət əvvəl xəbər verilmişdi ki, oktyabrın 28-də Türkiyədə ölkənin Mülki Aviasiya İdarəsinin rəhbəri Osman Yıldırım saxlanılıb.

İdarənin rəhbəri Ankara Maliyyə Cinayətləri İdarəsinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb.

Yıldırımla birgə maliyyə cinayətlərində şübhəli bilinən daha 9 nəfər saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR