Karolin müsəlman oldu, ərə getdi (FOTO)

Karolin müsəlman oldu, ərə getdi (FOTO)
13:21 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan tamaşaçısına yaxşı tanış olan aktrisa müsəlman oldu. ANS PRESS-in məlumatına görə, "Öyle bir keçer zaman ki" serialı ilə məşhurlaşan Vilma Elles ərə gedib.

Karolin obrazı ilə yaddaşlarda qalan aktrisa iş adamı olan sevgilisi Kerem Göğüş ilə ailə qurub.

Vilma Ellesə evlilik təklifi Kapadokyada edilmişdi. Bir müddət evlilik hazırlığından sonra cütlük ötən gün həyatlarını birləşdirib.

Cütlüyün dini nikahı Bebekdəki lüks evlərində baş tutub. Mərasimdən sonra mətbuata yayılan fotoda Kerem Göğüş bəylik libasında, Vilma isə ağ geyimdə və başında duvağı ilə əks edilib.

Aktrisa ilə iş adamının rəsmi nikahı və toyu isə yay aylarında olacaq.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR