[ 29 Dekabr 2014 13:19 ]
Bakı. Fuad Cəfərov - APA. Sabirabadda yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 27-də saat 23:00 radələrində Sabirabad rayonunun Qaratəpə kəndində kənd sakini Rəşad Şükürov idarə etdiyi “Moskviç” markalı avtomobili su kanalına aşırıb. Onun sərnişini - qızı Samirə hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.