Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapıldı

Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapıldı
13:28 29 Dekabr 2014
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yanmış mənzildən ev sahibəsinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 28-də Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində Natalya Ekiparovaya məxsus ümumi sahəsi 35 kv.m olan mənzildə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın söndürüldükdən sonra tüstüdən boğulmuş ev sahibəsinin meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR