Bakıda maşını pilləkənlərlə sürdülər (FOTO)

Bakıda maşını pilləkənlərlə sürdülər (FOTO)
13:46 29 Dekabr 2014
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakının mərkəzində "Lada" markalı avtomobil sürücüsü paytaxt sakinlərini mat qoyub.

ANS PRESS-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində bildirilib.

Şəbəkədə bildirilir ki, sürücü "Lada" markalı, 10 RF 720 nömrə nişanlı avtomobilin sürücüsü Dağüstü parkda şou göstərib. O, maşını pilləkənlərlə sürüb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə bildirilib ki, bu çox təhlükəli və qadağan olunan hərəkətdir. Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. İdarədən bildirilib ki, hələlik bu barədə onlarda heç bir informasiya yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR