İrəvanda yeni daşnak xəyanəti

İrəvanda yeni daşnak xəyanəti
14:01 29 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Avrasiya İttifaqına girməsi üzrə müqaviləyə səs verməklə “Daşnaksütyun” partiyası erməni xalqına xəyanət etdi.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Haykazn Qaqriyan yazıb. Daşnakların keçmişdəki cinayətkar fəaliyyətindən bəhs edən jurnalist bunu qəhrəmanlıq kimi təqdim edib: “Aram Manukyan, Ruben Ter-Minasyan, Dro, Nikol Dumanın şəxsində tanınan partiya hər yanda qorxu səpirdi - hamı bu erməni qisasçıların əlinə düşməkdən qorxurdu”.

Avrasiya İttifaqına girməyi Ermənistanın müstəqilliyinin sonu sayan Haykazn Qaqriyan daşnakların bu addımı Serj Sarkisyanın sifarişi ilə atdığını bildirir. “Faktiki olaraq, dekabrın 4-də Avrasiya İttifaqına girməyin lehinə səs verməklə “Daşnaksütyun” xalqı tərk edib”, - deyə Qaqriyan vurğulayıb.

Bu gün dərc edilmiş başqa bir məqaləsində Ermənistanın bu addamını dəyərləndirən jurnalist bildirib ki, Azərbaycan hətta Qarabağı geri qaytarmaqla bağlı edilən təklif qarşısında müstəqilliyindən imtina etməyib və Avrasiya İttifaqına girməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR