[ 29 Dekabr 2014 13:55 ]
APA-nın xəbərinə görə, bu barədə olan “Lubawa” şirkəti rəsmi saytında məlumat yayıb.
Şirkət 2015-ci ilin yanvarında Ermənistan Müdafiə Nazirliyi ilə multispektral maskalanma vasitələrinin alğı-satqısına dair 200 000 avro məbləğində müqavilənin imzalanacağını bəyan edib.
Bununla yanaşı, “Lubawa” şirkəti ilə Ermənistan Fövqəladə Hallar Nazirliyi ilə bomba zərərsizləşdirənlər üçün qoruyucu geyimlərin, şişmə qayıqların, bir neçə növ çadırın, o cümlədən xilasetmə avadanlıqlarının çatdırılmasına dair razılıq əldə olunub.
Şirkət Ermənistanda istehsal etdiyi məhsulları Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistana ixracı istiqamətində işlər apardığını bəyan edib.