Merkel Putinə səsləndi

Merkel Putinə səsləndi
14:11 29 Dekabr 2014
77 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Rusiya hökumətini Ukraynanın şərqində separatçıların münaqişəyə son qoymaq üçün sentyabr ayında Minskdə atəşkəs haqqında əldə olunmuş razılığa əməl etməsi üçün nüfuzundan yararlanmağa çağırıb. O, verdiyi açıqlamada vəziyyətin yalnız razılaşdırılmış təmas xətlərinin reallaşdırıldığı halda sabitləşə biləcəyini söyləyib.

ANS PRESS-in məlumatına görə, Almaniya kanslerinin sözçüsü deyib ki, Angela Merkel Rusiya hökumətini separatçıların münaqişəyə son qoyması üçün öz nüfuzundan istifadə etməyə çağırıb. Ukraynanın şərqində münaqişənin çözülməsi istiqamətində diplomatik səylərdə fəal iştirak edən Almaniya kansleri eyni zamanda, Ukrayna hökuməti və separatçılar arasında əsir mübadiləsini alqışladığını diqqətə çatdırıb.

Xatırladaq ki, ötən şənbə günü Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı Angela Merkel Rusiya, Ukrayna və ATƏT-in iştirakı ilə atəşkəsə dair planlaşdırılmış danışıqların baş tutmadığına görə təəssüf hissi keçirdiyini vurğulayıb.

Rəsmi Kiyevin Qərb tərəfdarı hökuməti Ukraynanın şərqində münaqişədə Rusiyanı günahlandırır, Kreml münaqişənin arxasında olduğunu qəbul etmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR