Oğul hədiyyəyə görə anasını polisə verdi

Oğul hədiyyəyə görə anasını polisə verdi
14:48 29 Dekabr 2014
240 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

İsveçin cənubunda yerləşən Blekinqe vilayətinin sakini Milad bayramı münasibəti ilə 36 yaşlı oğluna yeni yun köynək aldıqdan sonra çox pis durumla üzləşib. Belə ki, toxunma köynəyin rəngi gənc kişinin xoşuna gəlməyib və o, anasını polisə vermək qərarına gəlib. Bu barədə Trend “Life News”-a istinadən xəbər verir.

Oğul Milad tətilinin ikinci günü polisə müraciət edib və asayiş keşikçisindən gəlib “cinayətkarı aparmağı” xahiş edib. İsveçli hüquqlarının pozulması şəraitini təsvir edərək bildirib ki, anasından aldığı Yeni il hədiyyəsini açdıqda parlaq sarı rəngdə yun köynək onu hövsələdən çıxarıb.

Polislər hər halda şikayətə münasibət bildirərək hədiyyədən narazı qalan bu şəxsin anasına baş çəkiblər. Bundan sonra isə onlar bu qalmaqallı ailəni rahat buraxmaq qərarına gəliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR