Nazir: Bu il gencler ve idman sahesinde Azerbaycan ucun ugurlu olub

Nazir: Bu il gencler ve idman sahesinde Azerbaycan ucun ugurlu olub
14:48 29 Dekabr 2014
105 Sosial
Ölkə mətbuatı
A- A+

Azerbaycan, Baki, 29 dekabr /Trend, muxbir Elcin Mehdiyev/

"Bu il hem gencler siyasetinde, hem de idman sahesinde Azerbaycan ucun ugurlu il olub". Trend-in melumatina gore, bunu gencler ve idman naziri Azad Rehimov 2014-cu ilin yekunlarina hesr olunmus metbuat konfransinda deyib.

A.Rehimov qeyd edib ki, idmancilarimiz bir daha Azerbaycanin nufuzunu dunyada tesdiq etdiler. Nazirin sozlerine gore, bu il idmancilarimiz 275-i qizil olmaqla 800-den artiq medal qazaniblar.

A.Rehimov vurgulayib ki, bu il Azerbaycan ucun vacib olan bir cox muhum beynelxalq tedbirler ve yarislar kecirilib. Bu tedbirler sirasinda Bakida kecirilen bedii gimnastika uzre 30-cu Avropa cempionatini, Avropa Olimpiya Komitesinin Bas Assambleyasini, gencler siyaseti uzre qlobal forumu, komputer oyunlari uzre 6-ci dunya cempionatini ve diger tedbirleri gostermek olar.

Nazir Azerbaycanda gencler evlerinin tikilmesi meselesine de toxunub. Onun sozlerine gore, artiq olkede tikilib istifadeye verilen gencler evlerinin sayi 30-a catib: "Biz isteyirik ki, gencler evleri hem Bakida, hem de regionlarda genclerin qerargahina cevrilsin, gencler yaradilan butun bu seraitden istifade ede bilsinler. Biz gencler evlerinin saxlanmasi ile bagli da teklifle cixis etmisik ve umid edirik ki, novbeti il bu meseleni hell ede bileceyik".

A.Rehimov onu da qeyd edib ki, 2014-cu ilde butun dunya ucun maraqli olan layihe "Men Azerbaycan haqqinda ne bilirem" insa musabiqesi kecirilib.

Onun sozlerine gore, musabiqenin dunyanin muxtelif yerlerinden olan 174 qalibi Azerbaycana gelerek olke haqqinda yazdiqlarini oz gozleri ile gorub ve buradan Azerbaycanin dostlari kimi ayriliblar.

Meqale muellifi ile elaqe unvani: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR