Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçiriləcək

Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçiriləcək
14:52 29 Dekabr 2014
262 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 14:48 ]

Dilqəm Əsgərovun oğlu: “Atam bizə göndərdiyi məktubları təzyiq altında yazır”

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dekabrın 30-da Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.

 

Almaniya vətəndaşı olan F. Məmmədov bildirib ki, aksiya ilə bağlı Tiflis şəhər meriyasına yazılı şəkildə məlumat təqdim ediblər və onlara  bir saat ərzində aksiya keçirməyə icazə verilib: “Sabah əllərimizdə Azərbaycan bayraqlarını və girov götürülən azərbaycanlıların şəkillərini tutaraq, onların azad olunması tələbini səsləndirəcək və bu barədə bəyanatımızı Ermənistan səfirliyinə təqdim edəcəyik. Aksiyaya Tiflisdə yaşayan azərbaycanlı gənclər də qoşulacaqlar”.

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə APA-ya açıqlamasında atası ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə məktub vasitəsilə əlaqə saxladıqlarını söyləyib: “Atamdan axırıncı məktubu bir ay bundan əvvəl almışıq. Yazıb ki, “yaxşıyıq, bizə yaxşı baxırlar”. Bilirik ki, onlar orada işgəncə və təzyiqlərə məruz qalırlar və bizə ünvanlanan məktublar təzyiq nəticəsində yazılır. Məktubdakı xətt atamındır, lakin o, məktubu təzyiq altında yazıb. Şəkillərdən görünür ki, onlar nə vəziyyətdədir. Atam çəkisinin yetmiş faizini itirib, otuz faizi qala-qalmaya...”

 

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər ərazisində öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb, onun meyiti Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR