Azərbaycanda məhkəmə sistemində hakimlər üçün yeni mükafatlar təsis olunur

Azərbaycanda məhkəmə sistemində hakimlər üçün yeni mükafatlar təsis olunur
14:52 29 Dekabr 2014
80 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 14:44 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda məhkəmə hakimlərinə qüsursuz işləmələrinə və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli verməsinə görə xüsusi mükafatlar təsis olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişiklik layihəsinə əsasən, hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə - Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görür:

 

Qiymətli hədiyyə ilə mükafatlandırmaq;

Fəxri fərman ilə təltif etmək;

Fəxri döş nişanı ilə təltif etmək;

Hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.

 

Maddənin hazırkı variantında isə Məhkəmə-Hüquq Şurası onlara yalnız təşəkkür elan edir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR