Bakıda motosikletlərin "taranı": 1 ölü, 2 yaralı

Bakıda motosikletlərin "taranı": 1 ölü, 2 yaralı
14:58 29 Dekabr 2014
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda iki motosikletin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, dekabrın 28-də saat 22 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Hüseyn Qurbanlının idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletlə müəyyən edilməmiş motosiklet toqquşub.

Sonra zərbənin təsirindən sonun motosikleti həmin prospektdə dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. H.Qurbanlının sərnişini Nərmin Abdullayeva hadisə yerində ölüb, özü və digər motosikletin sərnişini Nigar Əliyeva xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsi tərəfindən digər motosikletin və sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR