Elnur Əliyev Bakı Təhsil İdarəsindəki vəzifəsindən azad edilib

Elnur Əliyev Bakı Təhsil İdarəsindəki vəzifəsindən azad edilib
15:04 29 Dekabr 2014
233 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyev həm də BŞTİ-nin müdirinin birinci müavini vəzifəsində çalışırdı. Adıçəkilən idarənin müdiri Nailə Rzaquliyevə vəzifəsindən getdikdən sonra E. Əliyevə Təhsil İdarəsində müdir əvəzi vəzifəsi həvalə olunmuşdu.

 

Təhsil naziri Mikayıl Cabbarovun bu ayın əvvəlində imzaladığı əmrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə İdarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Hazırda isə Təhsil İdarəsinə müdir təyin edilməyib. Bundan başqa, İdarədə artıq  “müdirin birinci müavini” vəzifəsi də yoxdur. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Lent.az-a bildirilib ki,  E. Əliyev BŞTİ-dəki vəzifəsindən uzaqlaşdırılsa da, hazırda Nazirliyin informasiya şöbəsinə rəhbərlik edir.

 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR