Zirəddinin bir proqnozu düz çıxdı

Zirəddinin bir proqnozu düz çıxdı
15:11 29 Dekabr 2014
185 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev xalqımızı təbrik edir.

Ekstrasens ANS PRESS-in müxbirilə əlaqə yaradaraq xoş arzularını çatdırıb. Ekstrasens həmçinin dövlətimizə və ölkə prezidentinə də yeni-yeni uğurlar arzulayıb.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, o cümlədən Milad Bayramı münasibətilə bütün soydaşlarımızı təbrik edirəm. Azərbaycan xalqına xos arzularımı bildirirəm. Onu deyim ki, Dünya aAərbaycanlılarının Həmrəylik Gününün nümerologiya baxımından çox gözəl tarixi var. Milad təqvimi təzələnir. Nəinki azərbaycanlılar, sanki digər millətlər də dünya azərbaycanlılarının həmrəylik günü Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Sanki azərbaycanlılar da hafizələrini təzələyirlər. Həmrəy olurlar. Bu çox önəmlidir. Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həm də bütün dünya müsəlmanlarını təbrik edir, onların da həmrəy olmasını arzu edirəm. Dini, dili, mədəniyyəti bizə yaxın olan bütün xalqlara, o cümlədən bütün azərbaycanlılara uzun ömür, can sağlığı, “Qurani-Kərim” isığında birləsib vəhdət təskil etmələrini arzu edirəm. Xalqımız həmişə şən-firavan və əmin-amanlıq içərisində yaşasın, heç vaxt qəm-kədər görməsinlər”, - deyə bildirib.

Söhbət əsnasında Zirəddin Rzayev onu da vurğulayıb ki, təqdim etdiyi proqnozlar artıq gerçəkləşir. O, bu ilin dekabr ayında ANS PRESS vasitəsilə verdiyi proqnozda Malayziya təyyarəsinin qəzaya uğramasını əvvəlcədən bildirmişdi. İctimai-siyasi və o cümlədən, təbiət hadisələrini öncədən gördüyünü iddia edən Zirəddin Rzayev bu hadisəni dəqiqliyilə təsvir etmişdi.

Dekabrın 2-də Zirəddin Rzayevin verdiyi proqnozdan bir hissəni olduğu kimi təqdim edirik: “Qəribə bir obyektin qəzaya uğrayacağını və okeana düşəcəyini görürəm.

Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Böyük bədbəxtlik görürəm"

Sonda Zirəddin Rzayev gələn ildə yeni proqnozlarını ANS PRESS vasitəsilə yayacağını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR