Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

15:12 29 Dekabr 2014
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:09 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirlikdə kollegiya iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiyada prezident İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə, fəxri adlara, orden və medallara layiq bilinməsi vurğulanıb.

 

Təltif olunmuş əməkdaşlara nazir F. Məmmədov tərəfindən mükafatları təqdim edilib.

 

Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, minnətdarlıqlarını ifadə ediblər.

 

Bununla yanaşı qeyd olunub ki, cari ildə yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə mühüm addımlar atılıb, beynəlxalq təsisatlarla, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilib, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə mühüm tədbirlər təşkil olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR