Erməni deputat: “2015-ci ildə Ermənistanı dərin böhran gözləyir”

Erməni deputat: “2015-ci ildə Ermənistanı dərin böhran gözləyir”
15:14 29 Dekabr 2014
73 Dünya
Ölkə mətbuatı
A- A+

 "2015-ci ildə Ermənistanı dərin böhran gözləyir". APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın “İrs” partiyasının üzvü, deputat Zarui Postancanyan deyib.

 

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinə toxunan Z. Postancanyan qeyd edib ki, erməni xalqı Serj Sarkisyanın 3 sentyabr qərarına etiraz etsəydi, müvafiq saziş imzalanmayacaqdı: “Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ölkəni tənəzzülə doğru aparır. Biz bu məsələdə Rusiyanın aqressiv siyasətinin şahidi olduq. Bu aqressiyaya lazımı cavab verilmədi”.

 

Deputat həmçinin bildirib ki, gələn il Ermənistanı siyasi sahədə də böhran gözləyir. “Görünən odur ki, erməni xalqını siyasi və iqtisadi sahədə mənfiyə doğru dəyişikliklər gözləyir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR