Prezident İlham Əliyev Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

15:22 29 Dekabr 2014
57 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:16 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

APA-nın məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.



Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb.

 

Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb. Dövlət başçısı və xanımı burada yaradılan şəraitlə də tanış olublar. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq ən müasir texniki avadanlıqla təchiz olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR