Azərbaycanda penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb

15:27 29 Dekabr 2014
68 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:23 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin bu gün keçirilən kollegiya cilasında nazirliyin Tibb Baş İdarəsi tərəfindən görülmüş işlərə dair hesabatı dinlənilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabatda qeyd olunub ki, ədliyyə islahatları çərçivəsində cəza-icra siyasəti xeyli humanistləşdirilib, məhkumların saxlanma şəraiti, tibb və dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

 

Cari ildə məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlər davam etdirilib, penitensiar müəssisələrdə ölüm hallarının kəskin sürətdə azalması müşahidə olunub. Ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunub və Azərbaycanın bu sahədə yüksək nailiyyəti dünyada təqdir olunaraq, ötən il BMT-nin İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı Səhiyyə Mükafatına layiq görülüb. Artıq 15-ə yaxın dövlətin məsul nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər.

 

Kollegiyada tibb xidməti sahəsində görülmüş işlərlə yanaşı, fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, o cümlədən tibbi yardım və sanitariya təminatının daha da yaxşılaşdırılması, məhkumların sağlamlığının mühafizəsi və müvafiq preventiv tədbirlərin görülməsi, tibb infrastrukturunun müasirləşdirilməsi, vakant ştat vahidlərinin komlektləşdirilməsi və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

 

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR