Özündən 13 yaş böyük həmkəndlisini öldürən gəncə 18 İL HƏBS

Özündən 13 yaş böyük həmkəndlisini öldürən gəncə 18 İL HƏBS
15:34 29 Dekabr 2014
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə S. Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il avqustun 13-də Xaçmaz rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib.

 

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, mərhumla şəxsi münasibətlər zəminində mübahisəsi olub. Onun ifadəsinə görə, mübahisə nəticəsində qanlı cinayət hadisəsi baş verib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR